"10 avroya aviabilet almaq dövrü bitdi"

RyanAir-in baş direktoru Maykl O'Liri BBC-yə müsahibəsində "10 avroya aviabilet almaq erası bitdi" deyib. Avropa daxilində aşağı büdcə ilə səyahət edənlərin ən çox üstünlük verdiyi aviaşirkətlərdən biri olan RyanAir-in CEO-su bundan sonra çox ucuz səyahət etmək mümkün olmayacağını bildirib.

“Şübhə yoxdur ki, 1 avro, 0,99 avro və hətta 9,99 avroya olan promo biletlərimiz bazarda ən ucuz qiymətədir. Düşünürəm ki, yaxın bir neçə ildə bu tarifləri görməyəcəksiniz”, - deyə O'Liri bildirib.

Qiymətlərin artımı yanacağın kəskin bahalaşması ilə bağlıdır - növbəti beş il ərzində aviabiletlərin orta qiyməti 40 avrodan 50 avroya qədər artacaq.