11 Avqust 2022, 10:11

“787 Dreamliner” təyyarələrinin satışı bərpa edilir

“787 Dreamliner” təyyarələrinin satışı bərpa edilir

Aviasiya tənzimləyiciləri tərəfindən iki il davam etmiş yoxlamalardan sonra “Boeing” şirkəti bu həftə özünün “787 Dreamliner” seriyalı təyyarələrinin satışını bərpa edəcək.

Federal Aviasiya İdarəsinin bazar ertəsi yayılmış bəyanatına görə, “Boeing” şirkəti təyyarələr sisteminə zəruri dəyişikliklər edib. Bundan sonra “American Airlines” aviaşirkəti çərşənbə günü 40 ədəd ikifüzelyajlı sərnişin təyyarəsini qəbul edəcək. Bəyanatda göstərilir ki, “787 Dreamliner” təyyarələri indi sertifikatlaşdırma standartlarına müvafiqdir.

Federal tənzimləmə orqanları və “Boeing” şirkəti bu seriyalı təyyarələrdə bir sıra istehsal qüsurları aşkar edəndən sonra onların satışı iki il təxirə salınmışdı.

Yeni satışlar aviasiya sahəsi üçün böhranlı dövrdə baş verir: səyahətlərə tələbat yenidən artmağa başlayıb. “American Airlines” və “United Airlines” aviaşirkətləri uzaq beynəlxalq marşrutlarda “787 Dreamliner” təyyarələrindən istifadə edən əsas iri aviadaşıyıcılardır.

Ötən ay “Delta Air Lines” aviaşirkəti özünün köhnəlmiş donanmasını yeniləmək üçün 100 ədəd yeni “Boeing 737 Max 10” avialayneri alıb. Gözlənildiyinə görə, 2025-ci ildə alıcıya çatdırılacaq bu avialaynerlər Nyu-York, Boston, Atlanta və Los-Anceles kimi əsas aeroportlardan uçacaqlar.

Xatırladaq ki, 2018-ci və 2019-cu illərdə iki aviaqəzada 346 nəfər həlak olandan sonra “737 Max” seriyalı təyyarələrindən istifadə olunması 18 aylığa qadağan edilib. Həmin aviaqəzaların səbəbləri avtomatlaşdırılmış uçuşun proqram təminatında problemlər ilə bağlı idi.