Bakı aeroportunda elektrik tam bərpa edildi

Bakı aeroportunda elektrik tam bərpa edildi

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Aeroportun mətbuat xidmətinin məlumatına görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. 

Hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdir.