10 Avqust 2022, 15:54

TƏCİLİ: Bakı hava limanına elektrik enerjisinin verilişi pozulub

TƏCİLİ: Bakı hava limanına elektrik enerjisinin verilişi pozulub

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatına görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.