Lufthansa Rusiya hava məkanından istifadə etməkdən imtina edir

Lufthansa Rusiya hava məkanından istifadə etməkdən imtina edir

Lufthansa Ukraynadakı müharibə ilə əlaqədar gələn il martın 25-dək Rusiya hava məkanından istifadə etməyəcəyini bildirib.

"Bu səbəbdən bu müddət ərzində Lufthansa-nın Rusiyaya və Rusiyadan bütün reysləri ləğv edilməlidir", - aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.

Şirkət həmçinin Ukrayna ilə uçuşların dayandırılmasını həmin tarixə qədər uzadıb.