Misirin “Silver Stars” və Cənubi Koreyanın “Black Eagles” aerobatik pilot-desant qrupu “Pyramids Air Show” çərçivəsində Gizadakı Qədim Misir ehramlarının üzərində nümunəvi uçuşlar həyata keçiriblər.
Misir və Cənubi Koreyanın hərbi hava qüvvələri zabitlərinin iştirakı ilə həyata keçirilən nümunəvi uçuşlar zamanı pilotlar ehramların üzərində müxtəlif hava fiqurları təsvir edib, həmçinin desantlar iki ölkənin dövlət bayrağı ilə Xeops ehramının qarşısına eniblər.
Bu, Misir və Cənubi Koreya pilotlarının ilk birgə nümunəvi uçuşlarıdır. Qahirə və Seul bu yaxınlarda yüksək səviyyədə keçirilmiş görüşdə hərbi-texniki sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.