Qroznı-Moskva reysini həyata keçirən “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hava gəmisi 3 min metr hündürlüyə enib. Həyəcan siqnalından sonra Xəzər dənizi üzərində dönən təyyarə Qroznıda eniş edib.
Ekipaj komandiri kabindəki təzyiq göstəricisi söndükdən sonra uçuş hava limanına qayıtmaq qərarına gəlib.