Kazandan Bakıya yeni aviareys açılır

Kazandan Bakıya yeni aviareys açılır

Avqustun 1-dən Kazandan Bakıya yeni aviareys açılacaq.

Bu barədə Rusiyanın “İrAero” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Uçuşlar bazar ertəsi həyata keçiriləcək. Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 12:20-də, Kazana eniş isə saat 14:00-da nəzərdə tutulub. Kazandan yola düşmə saat 15:00-da, Bakıya çatma isə 18:40-da olacaq.