Almaniyanın Frankfurt Hava Limanının rəsmiləri işçi çatışmazlığı səbəbindən hava limanında “baqaj itməsi” problemini həll etmək üçün rəngli çamadanlardan istifadəni təklif ediblər. Bu təklifi alman mətbuatında ciddi qarşılanmayıb.
Açıqlamada turistlərin daha çox qara çamadanlara üstünlük verdiyi və bu çamadanları tapmağın çətin olduğu bildirilib. Bəyanatda baqajın həm içərisinə, həm də xaricinə aydın görünən və oxuna bilən əmlak və ünvan məlumatlarının yazılması da tövsiyə edilib.