İran Rusiya təyyarələrinə texniki xidmət göstərəcək

İran Rusiya təyyarələrinə texniki xidmət göstərəcək

İran Rusiya təyyarələrinə texniki xidmət göstərmək üçün bu ölkə ilə müqavilə imzalayacaq. Bu barədə İranın Mülki Aviasiya Administrasiyasının sözçüsü Mirəkbər Rəzəvi bildirib.

Sənəddə Rusiyaya İran istehsalı olan avadanlıq və hissələrin tədarükü, həmçinin İranın xidmət mərkəzlərində Rusiya təyyarələrinin saxlanılması və dəstəklənməsi imkanlarını öz əksini tapıb.