“Lufthansa” iyulun 27-də bütün uçuşları ləğv edir

“Lufthansa” iyulun 27-də bütün uçuşları ləğv edir

Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında işçilərinin tətili səbəbindən demək olar ki, bütün reyslərin ləğv olunduğunu elan edib.

TASS-a xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Ümumilikdə, Frankfurt-Maynda 678 reys ləğv ediləcək. Bu qərarın 92 min sərnişinə təsir edəcəyi gözlənilir.

Münhen hava limanında isə 345 reys ləğv olunacaq. Bu, 42 min sərnişinə təsir göstərəcək.