“Pobeda”nın Uçuş Əməliyyatlarının Təşkili üzrə Direktoru Aleksandr Kravçenko bugünkü məlumatda bildirib ki, loukosterin təyyarələrindən biri uçuş heyətinin avadanlıqlara diqqətsiz münasibəti nəticəsində sıradan çıxıb – qəhvə təsadüfən Pedestal zonasına tökülüb.
Nəticədə transponder konsolu zədələnib. “Belə bir günahsız görünə bilən hərəkət bütün şirkət üçün ciddi nəticələrə gətirib çıxardı”, - deyə Kravçenko qeyd edib.
O, pilotlara içkilərin yan şüşələrdən ötürülməsinin lazım olduğunu xatırladıb, qapalı termoqpalardan istifadə etməyi tövsiyə edib.
Aleksandr Kravçenko onu da əlavə etdi ki, indi təyyarələrə son dərəcə diqqətli davranmaq həmişəkindən daha vacibdir, çünki təkcə avadanlığın təmiri və ya dəyişdirilməsi xərcləri deyil, həm də hazırkı şəraitdə onu tapmaq olduqca çətindir.