Bu barədə yazan Rusiya mediası bildirib ki, aviadispetçerləri kütləvi şəkildə işlərini tərk etmələrinin səbəbi əmək haqqlarının kəsilməsidir. Onlar qorxurlar ki, oktyabrda onlara ümumiyyətlə maaş verilməyəcək. Rusiya avişirkətlərinin gəlirləri kəskin azaldığından Hava Hərəkətinə Dəstək Dövlət Korporasiyası işçilərə oktyabra qədər əmək haqqı fondunda pul qaldığını bildirib.
İndi maaşları ödəmək üçün kredit götürüldüyü iddia edilsə də işçilər çox gözləməmək qərarına gəliblər. Problemi həll etmək üçün birlik aviasiya xidmətlərinin qiymətinin artırılmasını təklif edir.