Turistlərə Avropadakı anomal istilərlə bağlı xəbərdarlıq edilib

Turistlərə Avropadakı anomal istilərlə bağlı xəbərdarlıq edilib

Bəzi Avropa ölkələrində tüğyan edən istilər və böyük meşə yanğınları səbəbindən Avropaya səyahət etməyi planlaşdıran turistlərə diqqətli olmaları barədə çağırış edilib.

Ekspertlərin fikrincə, son iki həftə ərzində həddindən artıq istilər Portuqaliya, İtaliya, Fransa, Yunanıstan və İspaniyada yüzlərlə insanın ölümünə və yanğınlara səbəb olub.

Belə ki, Fransanın 15 departamentində hava təhlükəsinin “qırmızı” səviyyəsi elan edilib. İtaliyada cari həftə yayın əvvəlindən bəri ən isti olacaq, termometrlər +42°C-ə çatacaq. Almaniyada havanın temperaturu 2019-cu ildə qeydə alınan tarixi maksimum +40,3°C-i keçə bilər.

Bundan əlavə, Aİ-nin demək olar ki, yarısı quraqlıqla üzləşib. Avropalı sinoptiklərin proqnozlarına görə, bu həftənin sonuna qədər istilər bir qədər aşağı düşəcək, lakin hələ də +30°C-dən aşağı enməyəcək.