Aviaşirkətlər ən böyük təyyarələri səmaya qaytarır

Aviaşirkətlər ən böyük təyyarələri səmaya qaytarır

Dünyanın ən böyük sərnişin təyyarələri, 600-dən çox sərnişin daşıya bilən A380 (Emirates-ə məxsus olan kimi) pandemiyadan əvvəl bir çox aviaşirkət tərəfindən istismardan çıxarılmışdı. Ancaq indi uçuşların ləğvi və hava limanlarında böyük tıxac, habelə Boeing təyyarələrinin gecikdirilməsi ilə bağlı böhranı aradan qaldırmaq üçün çoxları A380-ni öz donanmalarına qaytarır/

DW yazır ki, 2022-ci il iyunun sonunda, dünyanın yeddi aviaşirkətindən bu tipli 129 sərnişin təyyarəsi yenidən havaya qalxdı - bu, mövcud 251 A380 təyyarəsinin yarıdan çoxudur. Almaniyanın Lufhansa şirkəti də 2023-cü ilin martına qədər A380-i yenidən istifadəyə verəcəyini bildirib.