Yerli əhali incidi və istirahət edənlərə bikini geyinmək qadağan edildi! 515 dollar pul cəzası

Yerli əhali incidi və istirahət edənlərə bikini geyinmək qadağan edildi! 515 dollar pul cəzası

İtaliyanın dünyaca məşhur turizm mərkəzi Pompey və Neapol yaxınlığındakı dənizkənarı şəhər Sorrento şəhərinin meri Massimo Koppola yerli əhalinin son zamanlar turistlərin əxlaqsız davranışlarına şahidlik etdiyini, bu vəziyyətin davam etməsinin yerli əhali və ziyarətçilər, eləcə də qonaqlar arasında diskomfort və narahatlıq yaratdığını bildirib.

Bunun şəhərin imici və turizmi üçün mənfi mülahizələrə səbəb ola biləcəyini ifadə edib. Kalabriyadakı Praia a Mare kimi sahildəki digər yerlər ayaqyalın gəzməyə və uyğun olmayan geyimlərə bənzər qadağalar tətbiq etdi, Liquriyadakı Rapalloda isə ziyarətçilərə geyim koduna riayət etməyi xatırladan küçə lövhələri asılıb.

Qaydanın tətbiq edilməsi üçün Sorrento polisinin insanların yalnız üzgüçülük şortu və ya bikinidə gəzmədiyinə əmin olmaq üçün küçələrdə patrul edəcəkləri bildirilir. Qaydanə pozan turristlər 515 dollar cərimə olunacaqlar.