IATA prezidenti 2022-ci il üzrə aviasiya sahəsinə dair dəyərləndirməsi

IATA prezidenti 2022-ci il üzrə aviasiya sahəsinə dair dəyərləndirməsi

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) rəhbərlik edən ilk türk olan Mehmet T. Nane sektorun Türkiyədə və dünyada son durumu ilə bağlı mühüm açıqlamalar verib. 

IATA-nın prezidenti və eyni zamanda Pegasus Hava Yolları İdarə Heyətinin sədr müavini Mehmet Nane, “Pandemiya yaralarını hələ tam sağaltmamışıq, lakin daha sürətli sağalma dövrünü yaşayırıq. Öz coğrafiyamızda sənayemiz planlaşdırma və hesablamalar apararaq bu mühitə daha hazırlıqlı daxil oldu”, -deyən Nanenin 2022-ci il üçün qiymətləndirmələri belədir:

“2019-cu ilin rəqəmlərinə yaxınlaşacağıq

“Bu il sərnişinlərin sayında əhəmiyyətli yaxşılaşma müşahidə olunacaq, lakin bu bərpa bütün qitələrdə bərabər olmayacaq. Türkiyənin qlobal ortalamalardan müsbət şəkildə fərqlənəcəyini və daha güclü bir performans göstərəcəyini düşünürük. Eyni şəkildə, Pegasus Hava Yolları olaraq bu il 2019-cu ilə yaxınlaşan rəqəmlər gözləyirik, lakin xüsusilə yanacaqda əhəmiyyətli xərc artımları ilə qarşılaşdığımızı unutmamalıyıq. Əsl 2019-u keçəcəyimiz il 2023-cü il olacaq".

“Gözləniləndən daha sürətli bərpa prosesini yaşayırıq”

Mehmet Nane bildirib kİ, iki ildən artıqdır həyatımıza təsir edən Kovid-19 pandemiyasının mənfi təsirlərinin getdikcə azaldığını müşahidə edirik. 2021-ci ildə dünya üzrə hava sərnişinlərinin ümumi sayının 2019-cu ilin 50%-nə yaxın olduğu hesablanıb və 2022-ci ilin ilk 5 ayı üçün bu nisbətin 65-70% civarında olacağı təxmin edilir.