7 İyul 2022, 10:36

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 2 dəfədən çox artıb

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 2 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 66 398 nəfər səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir. 

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Yanvar-iyunda Gürcüstan ümumilikdə 1,6 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur. Turistlərin sayı isə 1,2 milyon nəfər təşkil edib.

Qonşu ölkə yanvar-mayda turizmdən 840,9 milyon ABŞ dolları gəlir əldə edib.