5 İyul 2022, 10:22

Almaniyada uçuş ləğv edildikcə sərnişinlər qatarlara köçürülür

Almaniyada uçuş ləğv edildikcə sərnişinlər qatarlara köçürülür

Ləğv edilən aviareyslərlə əlaqədar Almaniya hava limanlarında bu yaxınlarda yaranan qarışıqlıq dəmir yolu qatarlarına biletlərə tələbatın artmasına səbəb olub.

“Der Spiegel” jurnalının bugünkü sayında dərc olunmuş məqalədə deyilir: Almaniyada indiki vəziyyətdə daha çox insan təyyarə əvəzinə qatardan istifadə edir. Dəmir yolu sərnişinlərinin sayı sürətlə artır. Eyni zamanda, Almaniyanın daxili marşrutları ilə hərəkət edən qatarlar çox populyarlıq qazanıb. Yayın əvvəlindən bəri 2019-cu ilin pandemiyadan əvvəlki eyni dövrü ilə müqayisədə 40 faizdən çox artım müşahidə olunub. Berlin və Münhen, Frankfurt və Şimali Reyn-Vestfaliya arasında uçuşlar kifayət qədər tez bron edilir. İyul və avqust ayları üçün sifarişlər dəmir yolu səyahətində davam edən tələbat artımının göstəricisidir.

Onu da qeyd edək ki, bu tələbat artımına həm də bir çox qatar səfərlərinin aviaşirkətlərinin özləri tərəfindən bron edilməsi də təsir edib. Bu, xüsusilə uçuş ləğv edildikdə və sərnişinləri təyinat yerinə vaxtında çatdırmaq üçün onların qatara köçürülməsi məqsədilə edilir.

Lakin bütün bu prosesləri almanlara tamamilə xas olmayan dəqiqlik səviyyəsinin aşağı düşməsinə səbəb oldu. İyun ayında uzun məsafəli qatarların yarıdan çoxu gecikməyə başladı. Xüsusilə də gediş-gəliş çox olan yerlərdə biletlərə tələbat artımı dəqiqlik göstəricisinə müəyyən təsir göstərib.