“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Biletləri aviaşirkətin saytında və kassalarda əldə edə bilərsiniz.