Qazaxıstanın "Qazaq Air" aviaşirkəti iyulun 7-dən Nur-Sultan-Aktobe-Bakı və əks istiqamətdə reysləri yerinə yetirməyə başlayacaq.
Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib. "Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək", - diplomatik nümayəndəlikdən bildiriblər.
Biletin qiyməti 74,658 min tengedən (160 dollar) başlayır.