Türkiyəyə səyahət üçün pulsuz bilet! - Aksiyanın şərtləri

Türkiyəyə səyahət üçün pulsuz bilet! - Aksiyanın şərtləri

AZAL-ın Bakı-İstanbul və ya İstanbul-Bakı istiqamətində reyslərinə iki aviabilet alana üçüncü aviabilet hədiyyə edilir. 
Aksiya AZAL-ın 2022-ci il iyul ayının 5-dək müddətdə (iyulun 5-i daxil olmaqla) həyata keçirilən J2-077/078 nömrəli reyslərinə şamil olunur. Təklif aviaşirkətin bu istiqamətdə tətbiq edilən bütün tarifləri üçün aktualdır. 

Uçuşlar Boeing-787 (Dreamliner) tipli genişfüzelyajlı rahat laynerdə hər gün yerinə yetirilir. Nəzərə alın ki, hədiyyə qazandığınız aviabiletin bütün vergi və rüsumlarını ödəməlisiniz.

Aksiya çərçivəsində bütün aviabiletlər eyni vaxtda, eyni tarixlər üçün alınmalıdır, biletləri dəyişdirmək və ya ləğv etmək istəyirsinizsə, bu, hər üç biletə şamil olunur.

Aksiya çərçivəsində bütün aviabiletləri AZAL aviaşirkətinin Azərbaycandakı, həmçinin Türkiyədəki bütün akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.