21 İyun 2022, 17:41

Dubaya iki bilet alana - 1 BİLET HƏDİYYƏ!

Dubaya iki bilet alana - 1 BİLET HƏDİYYƏ!

“Azərbaycan Hava Yolları”nın Dubay istiqamətində və geriyə yerinə yetirdiyi reyslərdə yeni hədiyyəli aksiyaya başlayıb. Belə ki, iki aviabilet alana üçüncü aviabilet hədiyyə verilir. 

Aksiya 2022-ci il iyul ayının 5-i daxil olmaqla həyata keçirilən reyslərə həm bir istiqamətdə, həm də “gediş-dönüş” aviabileti alınarkən şamil edilir. Nəzərə alın ki, hədiyyə olunan aviabiletin bütün vergi və rüsumları ödənilməlidir.

Qeyd edilən istiqamətdə uçuşlar "Boeing-767" tipli genişfüzelyajlı komfortlu laynerdə yerinə yetirilir.

Bundan əlavə, aksiya çərçivəsində bütün aviabiletlər eyni vaxtda, eyni tarixlər üçün alınmalıdır, biletləri dəyişdirmək və ya ləğv etmək istəyirsinizsə, bu, hər üç biletə şamil olunur.

Aksiya çərçivəsində bütün aviabiletləri AZAL aviaşirkətinin Azərbaycandakı, həmçinin Birləşmiş Ərəb Əmirliklərindəki bütün akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.