İyun ayında Azərbaycan ruslar üçün MDB ölkələri arasında ən populyar turizm istiqaməti olub. Bunu OneTwoTrip xidmətinin məlumatları sübut edir.
Rusiyalı turistlər arasında bu ay Azərbaycan istiqamətində sifarişlərin payı 72% artıb. Beləliklə, Azərbaycan Rusiyadan gələn səyahətçilər üçün MDB ölkələri arasında lider, bütün xarici istiqamətlər arasında isə dördüncü yeri tutub.
İlk üçlüyə isə Şri-Lanka (+120%), İspaniya (100%) və Almaniya (+82%) daxil olub.
@AzeSputnik