Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb.
Bu ölkənin aeroport işçilərinin həmkarlar ittifaqı hökumətin maaşların “dondurulması” addımına cavab olaraq ümumi tətil elan ediblər.
Ağır iqtisadi, o cümlədən maliyyə böhranı ilə üzləşən Tunis hökuməti Beynəlxalq Valyuta Fondundan aldığı dörd milyard dollar həcmində kreditin şərtlərini yerinə yetirmək üçün bir çox sahələrdə çalışanların, o cümlədən aeroport işçilərinin maaşlarını “dondurub”. Buna cavab olaraq, ölkənin xidmət və təmizlik sahələrində də tətillər başlayıb. “Al Arabia” telekanalının məlumatına görə, Tunisin 159 dövlət idarəsi, həmçinin ictimai sektorda çalışan 2 milyona yaxın insan ümumi tətilə qoşulub. Ölkənin paytaxtında və regionlarda ictimai nəqliyyatın fəaliyyəti də iflic olub.