16 İyun 2022, 11:56

"Planes with russians must crash!" Aparıcı aviaşirkətlərin təyyarələrində Rusiya əleyhinə stikerlər - FOTO

Rusiyanın "Podyom" Telegram kanalı xəbər verir ki, müxtəlif aviaşirkətlərin təyyarələrindən Rusiya əleyhinə çağırışlar olan stikerlərin fotoları peyda olub.

Kanal iddia edir ki, yerə düşən yanan təyyarənin təsviri və mətni olan stikerlərdə: "Planes with russians must crush!" (“Rusların olduğu təyyarələr qəzaya uğramalıdır!”) mətni yer alır.

Belə stikerlər Lufthansa, Turkish Airlines, Bangkok Airways, Emirates şirkətlərinin təyyarələrinin tualetlərinə yapışdırılıb. Stikerin kənarları Ukrayna bayrağının rənglərində hazırlanıb.