Airbus A321XLR - 4,700 dəniz mili (8,700 km) məsafəni qət edə bilən ilk uzun mənzilli dar gövdəli təyyarədir. 2019-cu ildə proqrama daxil edilmiş bu təyyarə (simvolik seriya nömrəsi MSN1100) bu həftə Hamburq hava limanından ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır.
Artıq bu gün uçuş üçün ilk sınaqlar həyata keçirilib. Sabah, yəni çərşənbə günü, iyunun 15-nə planlaşdırılan uçuş, 2023-cü ilin sonunda xidmətə başlaması gözlənilən uçuş sınaq proqramının ilk mərhələsi olacaq.
Bu tip təyyarələr, xüsusən də transatlantik marşrutlarda xərcləri azaltmaq istəyən aviaşirkətlərin donanması üçün nəzərdə tutulur.