Yaponiya aeroportunda robot polis xidmətə başladı

Yaponiya aeroportunda robot polis xidmətə başladı

Yaponiyanın “Narita” beynəlxalq aeroportunda süni intellektə malik robot polis xidmətə başlayıb.

“Narita” aeroportunda belə robot ilk dəfə fəaliyyət göstərir. Xarici görkəminə görə kiçik nəqliyyat vasitəsinə bənzəyən robotun hündürlüyü təqribən 1 metr 20 santimetrə çatır. Bu robotun malik olduğu süni intellekt üzərində olan kameralar vasitəsilə bir neçə saniyə ərzində çəkiliş apararaq mövcud vəziyyəti təhlil etməyə qadirdir.

Həmin robotların aeroportda qaydalara əməl olunmasına, unudulmuş və ya şübhəli əşyaları tapmağa yardım edəcəyi bildirilir. Dinamiklə təchiz edilən robotlar, həmçinin ehtiyac yarandığı halda sərnişinlərə müraciət də edə bilərlər.

Əlavə olaraq qeyd edək ki, 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya və Paralimpiya Oyunları zamanı da “Narita” aeroportunda robot polislərdən istifadə edilib, lakin həmin robotlar süni intellektə malik olmayıb.