Türk Hava Yollarının törəmə şirkəti olan AnadoluJet, ilkin olaraq S7-nin sifariş etdiyi 5 Boeing 737 MAX 8 təyyarəsini təhvil alıb. Bu barədə aparıcı müstəqil beynəlxalq aviasiya xəbər saytı Simple Flying AIB Family Flights məlumat yayıb.
Sonuncu təyyarə 2022-ci il iyunun 1-də Türkiyə tərəfinə təhvil verilib. Simple Flying əlavə edir ki, bundan əvvəl Türkiyə tərəfi Aeroflot tərəfindən sifariş edilmiş və sanksiyalara görə müştəriyə təhvil verilməyən bir neçə Airbus A350-900 təyyarəsini də alıb.