8 İyun 2022, 16:35

Hansı çimərliklərə getmək məsləhət görülmür?

Hansı çimərliklərə getmək məsləhət görülmür?

Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.

Bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılmır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək".