Dünən gecə Bakıdan Tbilisiyə uçan təyyarə eniş etmədən geri qayıdıb

Dünən gecə Bakıdan Tbilisiyə uçan təyyarə eniş etmədən geri qayıdıb

Dünən gecə Azərbaycandan Gürcüstana yola düşən təyyarə geri qayıdıb. 

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına  qayıtmaq  qərarına gəlib.

Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enmişdir.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.