İyunun 8-dən Qazaxıstana daxil olan şəxslərdən PCR testləri və peyvənd sənədləri tələb olunmayacaq.
Yeni qaydalar həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə şamil edilir.
Qeyd edək ki, Azərbaycandan Qazaxıstana milli loukoster olan "Buta"nın Bakı-Aktau birbaşa reysi var və reyslər müntəzəm şəkildə yerinə yetirilir. Eyni zamanda AirAstana aviaşirkəti Nursultan-Bakı-Nursultan reyslərini icra edir.