Azərbaycan tərəfi "Utair"a verdiyi icazəni geri aldı. Mahaçqala-Bakı reysi dayandı

Azərbaycan tərəfi

Mahaçqala-Bakı aviareysləri bərpa edilmədən təxirə salınıb.

“Azərbaycan tərəfi “Utair” şirkətnə verdiyi uçuşların yerinə yetirilməsi üçün icazəni geri götürüb”, - Dağıstan hava limanının mətbuat xidməti məlumat yayıb.

İcazənin ləğv edilməsinin səbəbləri açıqlanmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda APA-ya reyslərin ləğvi ilə bağlı məlumat təsdiqlənib.

Utair iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.