Bu il sentyabrın 1-dən Rusiya təyyarələri ilə uçan zaman xuliqanlıq edən, qaydaları kobud pozan sərnişinlər qandallana və xüsusi kəmərlə oturacağa bağlana bilər. Bu barədə Rusiya Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qərar imzalayıb.
Sənədə əsasən, Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin ekipajları hava gəmisinin göyərtəsində xuliqanlıq edən və qaydalara riyayət etməyən sərnişinlərə qarşı xüsusi qoruyucu vasitələrdən istifadə edə biləcəklər.
Bu barədə Prime yazır. Qərar bunun üçün təyyarənin göyərtəsində yerləşdirilən xüsusi məhdudlaşdırıcı vasitələrin - plastik qandalların və neylon qayışların (bağlayıcı vasitələrin) siyahısını nəzərdə tutur.
Sənəd 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir və 2028-ci il sentyabrın 1-dək qüvvədədir.