İranla Azərbaycan arasında yeni təyyarə reysləri müzakirə edilir

İranla Azərbaycan arasında yeni təyyarə reysləri müzakirə edilir

Azərbaycanla İran arasında uçuşların sayının həftədə dörd dəfəyə qədər artırılması planlaşdırılır. Bu barədə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan məlumat verib.

Onun sözlərinə görə, hazırda “Buta Airways” hər cümə günü İrana uçuşlar həyata keçirir, İranın “Irair” aviaşirkəti isə bazar ertəsi uçuşlar həyata keçirir.

"Azərbaycan və İran arasında uçuşların sayının həftədə 4 dəfəyə qədər artırılması ilə bağlı danışıqlar aparılır", - o, "Report"a açıqlamasında deyib. Purmarcan əlavə edib ki, quru sərhədləri açılsa, iki ölkə arasında turist axını artacaq.