Türk Hava Yolları sərnişinlərin böyük marağına səbəb olan yeni texnoloji dövrə start verdi. Şirkət dünyada müəyyən sayda aviaşirkətlərin göstərdiyi qapıdan-qapıya (Gate to Gate) internet xidmətini təqdim etməyə başladı.
THY-nin təyyarəsində səyahət edəcək sərnişinlər, təyinat yerinə eniş tamamlanana qədər təyyarənin qapısını bağlandıqdan sonra belə internet xidmətindən yararlana biləcəklər.
2011-ci ildən uçuşlarda internet xidməti verən THY, əvvəllər təyyarə 10 min fitə qalxanda aktiv olan internet xidmət şəbəkəsini Gate to Gate internet xidməti ilə genişləndirdi.
May ayından aviaşirkət bu sistemi internet xidməti təklif etdiyi donanmasında olan təyyarələrdə tətbiq etməyə çalışır.