"Pakistan Hava Yolları" iyunun 6-dan İslamabad-Bakı aviareysi açacaq. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Xazar Farhadov bildirib.
“İndi Bakıya birbaşa uçuşlar Kəraçi, Lahor və İslamabaddan mümkündür” - deyə, o, sosial şəbəkədəki paylaşımlarında bildirib.
PIA aviaşirkəti Bakıya yerinə yetirilən reyslər üçün aviabiletlərin - bir tərəfə manatla qiyməti belədir:
- Karaçi: ~313 AZN
- İslamabad: ~441 AZN
- Lahor: ~484 AZN
Biletləri rəsmi saytdan almaq olar.
AviaTravel