Mahaçkala-Bakı aviareysi bərpa edilir

Mahaçkala-Bakı aviareysi bərpa edilir

İyunun 3-dən Mahaçqala ilə Bakı arasında uçuşlar bərpa olunacaq.

 Bu barədə xarici KİV-lər xəbər verir.

Uçuşlar Utair şirkəti tərəfindən Boeing 737-500 təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar yaz-yay dövrünün sonuna qədər cümə və bazar günləri yerinə yetiriləcək.

Bu şəhəri niyə mütləq səyahət siyahısına daxil etməli olduğunuz barədə "Mahaçqala və "dağ cənnəti" - yaxın və heyrətamiz Dağıstan" məqaləmizi oxumağı tövsiyə edirik.

Teqlər: