Aviaşirkətlərə "ulduz" paylayan təşkilat olan SkyTrax-a dünyanın ən yaxşı hava limanlarının reytinqini dərc edib. Reytinq nüfuzludur və ümumiyyətlə tanınır, baxmayaraq ki, bununla bağlı suallar var - məsələn, SkyTrax audit xidmətlərinə görə ödəniş edilməsə, reytinq aşağı düşə bilər.
Türk Hava Yolları 2019-cu ildə buna görə mümkün olan beş ulduzdan yalnız üç ulduz aldı. Bundan əlavə, bəzən qiymətləndirmə əvvəlcədən verilir, məsələn, Lufthansa elan edilmiş, lakin hələ satışa çıxarılmamış məhsul üçün mükafat aldı.
Bununla belə, demək olar ki, başqa qlobal mükafatlar hələki yoxdur. Hava limanları 49 meyara əsasən qiymətləndirilib, o cümlədən hava limanında nəqliyyatın əlçatanlığı, baqaj arabalarının mövcudluğu, hava limanı terminalının təmizliyi və rahatlığı, mühafizədən keçmə vaxtı, pasport nəzarəti və baqaj tələbi, tranzit rahatlığı, Wi-Fi-ın mövcudluğu və hətta mağazalarda və restoranlarda qiymətlər belə reytinqdə rol oynayıb.
Beləliklə, 2021-ci ildə dünyanın ən yaxşı 10 hava limanı aşağıdakılardır:
10. Honq Konq Beynəlxalq Hava Limanı
9. Yaponiyanın Kansay (Osaka) Hava Lİmanı
8. Böyük Britaniya Hitrou Hava limanı
7. İsveçrənin Zürich Hava Limanı
6. Almaniyanın Münhen Hava Lİmanı
5. Yaponiyanın Tokia Narita Hava Limanı
4. Seulun İnçxon Hava Limanı
3. Sinqapurun Çanqi Hava Limanı
2. Yaponiyanın Tokio Haneda Hava Limanı
1. Qətərin Hamad Hava Limanı