28 May 2022, 12:16

Aeroportda “LOT” aviaşirkətinin ilk reysi su şırnağı ilə qarşılandı -VİDEO

Aeroportda “LOT” aviaşirkətinin ilk reysi su şırnağı ilə qarşılandı -VİDEO

Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.

Ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb.

Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar: