Özbəkistan Hava Yolları həftədə 3 dəfə Bakıya uçuşlara başlayacaq

Özbəkistan Hava Yolları həftədə 3 dəfə Bakıya uçuşlara başlayacaq

“Özbəkistan Hava Yolları” 2022-ci il iyunun 5-dən Daşkənd-Bakı-Daşkənd beynəlxalq marşrutu üzrə uçuşların tezliyini həftədə üç dəfəyə qədər artıracaq.

“Hazırda bu istiqamətdə uçuşlar mütəmadi olaraq çərşənbə axşamı və cümə axşamı günləri həyata keçirilir, 2022-ci il iyunun 5-dən isə bazar günləri də yerinə yetiriləcək”, - “İnterfaks-Azərbaycan” aviaşirkətə istinadən xəbər verir.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, Özbəkistan Hava Yolları Satış filialında və agentlərdən əldə etmək olar.