Bütün uçuş heyəti qadınlardan ibarət oldu. Səudiyyə Ərəbistandan ilk belə reys reallaşdı

Bütün uçuş heyəti qadınlardan ibarət oldu. Səudiyyə Ərəbistandan ilk belə reys reallaşdı

Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flyadeal” tarixində ilk uçuşu hamısı qadınlardan ibarət ekipajla həyata keçirib. Bu barədə “Al Arabiya” məlumat yayıb.

Şirkətin sözçüsü Emad Eskandarani elan etdiyi kimi, bu, ölkədə daha çox imkanlar əldə edən qadınlar üçün dönüş nöqtəsidir. Uçuş ölkənin paytaxtı Ər-Riyaddan Ciddə şəhərinə həyata keçirilib. Ekipaj yeddi qadından ibarət idi, onlardan altısı - stüardessalar və ikinci pilot da daxil olmaqla - Səudiyyə Ərəbistanındandır.

Qeyd edək ki, ekipaj komandiri xarici əsilli pilot idi. Flyadeal, Səudiyyə Ərəbistanının qabaqcıl hava yolu şirkəti olan Saudia-nın törəmə şirkəti olan aşağı büdcəli aviaşirkətdir. 2019-cu ildə Səudiyyə Ərəbistanında bir qadın ilk dəfə ikinci pilot kimi uçdu. Bu, əvvəllər altı illik kursu bitirmiş və təyyarə idarə etmək üçün lisenziya almış Yasmin Əl-Maimani adlı qız idi.