20 May 2022, 10:46

“Azimut" Həştərxandan Bakıya olan reysin vaxtını dəyişdi

“Azimut

Rusiyanın “Azimut” aviaşirkəti Həştərxan-Bakı-Həştərxan reyslərinin vaxtını iyunun 1-dən mayın 30-na dəyişib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Bir istiqamət üzrə biletin qiyməti əlavə yığımlar daxil olmadan 80 avro təşkil edəcək.

Xatırladaq ki, “Azimut” hazırda Rusiyanın Mineralnıye Vodı və Soçi şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.

Teqlər: