Britaniya Rusiya aviaşirkətlərinə sanksiya qoydu

Britaniya Rusiya aviaşirkətlərinə sanksiya qoydu

Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.

TASS yazır ki, bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.

Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib.