19 May 2022, 10:00

Rusiya təyyarəsi Tacikistana buraxılmadı

Rusiya təyyarəsi Tacikistana buraxılmadı

Ural Hava Yollarına məxsus RA-73794 Rusiya dövlət nömrə nişanlı Airbus A321 sərnişin təyyarəsi mayın 18-dən 19-na keçən gecə Domodedovo-Kulyaba (Tacikistan) U6 8969 saylı müntəzəm gecə reysi ilə havaya qalxıb. Demək olar ki, bir saatlıq uçuşdan sonra, təyyarə Penza bölgəsinin səmasında olduqda, yenidən uçuş aerodromuna geri istiqamət alıb. 

Nəticədə Domodedovoya eniş etdi. Buna səbəb kimi təyyarənin Tacikistana girməyə icazəsinin olmamasıdır. Eyni zamanda, mayın 18-də bu təyyarə Kulyabdan Moskvaya, ondan əvvəl isə mayın 17-dən 18-nə keçən gecə Domodedovodan Kulabaya uçuş həyata keçirib.

Bəzi mənbələrin məlumatına görə, səbələrdən biri həmin təyyarənin sığortası ilə bağlı ola bilər.