Əhalinin bir hissəsi narazılıq etsə də Atatürk aeroportunun sökülməsinə başlandı

Əhalinin bir hissəsi narazılıq etsə də Atatürk aeroportunun sökülməsinə başlandı

İstanbulda yerləşən və hazırda fəaliyyət göstərməyən Atatürk aeroportunun sökülməsinə başlanıldı. Artıq uçuş-enmə zolağında de-montaj işləri start götürüb.

Hökumət bu ərazidə böyük yaşıllıq zolağını əhatə edən Millət Parkını salmağı planlaşdırır. 

Qeyd edək ki, artıq bir neçə gün idi ki, əhali söküntü işləri üçün maşınların aeroportun ərazisinə daxil olmasına imkan vermirdi.