Küveyt hakimiyyəti ölkənin paytaxtında toz fırtınası səbəbindən hava limanını bağlamaq qərarına gəlib. BakuToday xəbər verir ki, bu barədə mayın 17-də Küveytin Mülki Aviasiya Baş İdarəsinin aeronaviqasiya xidmətləri üzrə baş direktorunun müavini İmad əl-Cəlavinin sözlərinə istinadən KUNA rəsmi xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, uçuş cədvəlinə yenidən baxılacaq və görmə qabiliyyəti yaxşılaşdıqdan sonra müntəzəm xidmət bərpa olunacaq.
Jurnalistlər qeyd edirlər ki, Küveyti İraqdan gələn toz fırtınası bürüyüb. Görünüşün kəskin azalması və küləyin sürətinin 50 km/saatdan çox artması bildirilir.