Gürcüstandan ABŞ-a birbaşa təyyarə reysi açılır

Gürcüstandan ABŞ-a birbaşa təyyarə reysi açılır

Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar təşkil ediləcək.

Bu barədə Gürcüstandakı Amerika Ticarət Palatasının vitse-prezidenti İrakli Baidaşvili bildirib.

Onun sözlərinə görə, uçuşlara bu ilin sonunda və yaxud gələn ilin əvvəlində başlanılacağı gözlənilir.

İ.Badiaşvili qeyd edib ki, birbaşa aviaəlaqə Gürcüstana imkanlı amerikalı turislərin cəlbinə kömək edəcək.

Gürcüstan ABŞ-la birbaşa uçuşlarla bağlı danışıqları 2019-cu ildən aparır.

 

report.az