Rusiya aviaşirkətləri Avropa marşrutlarına qayıtmağa çalışır. Amma hələ ki, uğursuz alınır. İsveç hakimiyyəti "Aeroflot"un 2022-ci ilin yayında Moskva - Stokholm/Arlanda - Moskva müntəzəm reyslərinin yerinə yetirilməsi ilə bağlı müraciətini rədd edib.
İsveçdə imtina Rusiya təyyarələrinin Avropa İttifaqının ərazisinə enməsini, qalxmasını və ya uçmasını qadağan edən Aİ sanksiyaları ilə izah edilib.
"Ural Hava Yolları" isə 931 işçiyi öz hesabına məzuniyyətə göndərdi. Aviaşirkət məcburi məzuniyətə səbəb kimi dünyadakı geosiyasi vəziyyəti göstərib. Ural Hava Yolları işçilərinin demək olar ki, üçdə biri işsiz qalıb (2021-ci ilin iyun ayının sonuna şirkətdə 3,2 min nəfər işləyirdi). İndi daşıyıcının donanmasındakı 52 təyyarədən 14-ü işləyir.