Nikol Paşinyana xidmət edən hökumət təyyarəsi iki ay əvvəl yoxa çıxıb, hökumət və Mülki Aviasiya Komitəsi məlumat verməkdən imtina edir. Bu barədə “Pasinfo” yazır.
“Hələ mart ayında təyyarənin başqa yerə köçürüldüyü barədə məlumat aldıq. Paşinyanın Moskvaya sonuncu səfərindən sonra Mülki Aviasiya Komitəsi sədrinin köməkçisi Lilit Ağabekyan təyyarənin texniki baxışdan keçirildiyini bildirib. Paşinyanın aparatından şərh almaq mümkün deyil, o, telefon zənglərini cavabsız qoymaqda davam edir”, – portal yazır.